İDMAN


Yeniyetmə badmintonçular Avstriyada keçirilən beynəlxalq turnirdə çıxış ediblər

Bakı, 20 iyun, AZƏRTAC

Yeniyetmə badmintonçular Avstriyanın Dornbirn şəhərində keçirilən “Austrian U-17 Open-2022” turnirində çıxış edib.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ölkəmizi beynəlxalq turnirdə Mədinə Nağıyeva, Həcər Nuriyeva və Sərxan Bağırov təmsil edib.

Qızların şəxsi yarışında Mədinə Nağıyeva ilk görüşündə çex Malvina Skrecenaya 2:1 hesabı ilə qalib gəlib. Badmintonçumuz növbəti görüşündə macar Zsofi Szaboya 0:2 hesabı ilə uduzub. İlk görüşündə almaniyalı Miya-Melayn Salariaya 2:1 hesabı ilə qalib gələn Həcər Nuriyeva ikinci görüşdə macar Kinqa Toz-Kuziyə 0:2 hesabı ilə məğlub olub. Həcər Nuriyeva-Mədinə Nağıyeva cütü qızların qoşa yarışında ilk görüşdə Amelia Maiksnerova (Çex Respublikası)-Jorina Jann (İsveçrə) tandeminə 0:2 hesabı ilə uduzub.

Oğlanların qoşa yarışında isveçrəli Zhi Lunla eyni cütdə mübarizə aparan Sərxan Bağırov ilk görüşdə avstriyalı Filip Ofner-Feliks Steynvender qoşa cütünə 2:0 hesabı ilə qalib gəlsə də, növbəti görüşdə Almaniya təmsilçiləri Filip Euler-Aditya Patilə 0:2 hesabı ilə məğlub olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.