İDMAN


Yeniyetmə boksçular arasında açıq Bakı birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 13 yanvar, AZƏRTAC 

Yeniyetmə boksçular arasında açıq Bakı birinciliyi başa çatıb. Boks Mərkəzində təşkil olunan yarışda 150-dək idmançı gücünü yoxlayıb.

Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a verilən xəbərə görə, 4 gün davam edən yarışın yekununda ən güclülərin adına aydınlıq gəlib. 2002-2003-cü il təvəllüdlü boksçular arasında təşkil olunan birincilikdə komanda hesabında “Rabitə” idman klubunun üzvləri bütün rəqiblərini qabaqlayıblar. İkinci pilləni “Qəbələ”, üçüncü yeri “Neftçi” idman klubu tutub.

Qeyd edək ki, 14 çəki dərəcəsi üzrə keçirilən yarışda paytaxt klubları ilə yanaşı, 8 rayon komandası da qüvvəsini sınayıb.

Müxtəlif çəki dərəcələrində yarışın qalibləri Nihad Ağakişiyev (44 kq), Ruslan Qədirov (46 kq), Əsəd Ağayev (48 kq), Zəlimxan Süleymanov (50 kq), Emil İbrahimov (52 kq), Əzrək Bəbirov (54 kq), Rəşid Həsənov (57 kq), Fərid Qarayev (60 kq), Samir Nəsirov (63 kq), Türkeş Mustafayev (66 kq), Nurlan Qasımov (70 kq), Mehman Quliyev (75 kq), Murad Allahverdiyev (80 kq) və Əhməd Əhmədov (80 kq-dan yuxarı) olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.