İDMAN


Yeniyetmə cüdoçular arasında açıq Bakı birinciliyi davam edir

Bakı, 13 dekabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman Mərkəzində yeniyetmə cüdoçular arasında açıq Bakı birinciliyi davam edir.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a bildiriblər ki, yarışın ikinci günündə Aydan Vəliyeva (40 kq), Zeynəb Məmmədova (52 kq), Sahib Babayev (50 kq), Elnur Qasımov (66 kq) və Vüsal Qazıxanov (90 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar.

Paytaxt birinciliyinin qalib və mükafatçılarına Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin medal və diplomları təqdim olunub.

Birincilikdə 54 klubdan 576 yeniyetmə cüdoçu mübarizə aparır.

Yarışa dekabrın 13-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.