İDMAN


Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan komandası Rumıniyada Avropa kuboku yarışında ikinci yeri tutub

Bakı, 8 may, AZƏRTAC

Rumıniyada yeniyetmələr arasında keçirilən Avropa kuboku yarışında Azərbaycan cüdoçuları uğurla çıxış edərək 9 medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, Buxarestdə təşkil olunan turnirin ikinci günündə komandamızın üzvləri 1-i qızıl, 2-si bürünc olmaqla, daha 3 medal qazanıblar. Belə ki, qızıl medalı yığmamızın aktivinə Fidan Əlizadə (57 kq) yazdırıb. Süleyman Əliyev və Əli Hacızadə isə 73 kiloqram çəki dərəcəsində üçüncü yerləri tutublar.

Qeyd edək ki, turnirin birinci günündə Şahin Oruczadə (55 kq), Mehdi Cəfərov (66 kq) qızıl, Məhəmməd Məmişov (50 kq) gümüş, Məhəmməd Musayev (55 kq), Əbil Yusubov (66 kq), Vüsalə Hacıyeva (52 kq) bürünc medal qazanıblar. Beləliklə, yarışı 3 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vuran millimiz ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.

İki gün davam edən və 25 ölkədən 348 cüdoçunun qatıldığı yarışda Azərbaycan 20 idmançı ilə təmsil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.