İDMAN
Yeniyetmə cüdoçularımız Avropa çempionatının ilk günündə 4 medal qazanıblar
Bakı, 13 sentyabr, AZƏRTAC
Sentyabrın 13-də Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında Avropa çempionatı başlayıb.
AZƏRTAC xəbər verir ki, çempionatın ilk günündə Azərbaycan millisi 4 medal qazanıb.
Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Tofiq Məmmədov finaladək inamla irəliləyib. Həlledici görüşdə rusiyalı Konstantin Simeonidisə qalib gələn T.Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Çempionatda 55 kiloqram çəki dərəcəsində çıxış edən idmançılarımız Rövşən Əliyev gümüş, Balabəy Ağayev isə bürünc medala sahib olublar.
Qızların mübarizəsində 44 kiloqram çəki dərəcəsində Şəfəq Həmidova yarışı üçüncü pillədə başa vurub.
Sentyabrın 16-dək davam edəcək çempionatda 42 ölkədən 400-dən çox cüdoçu birincilik uğrunda mübarizə aparır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [20:12]
"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük
- 23.04.2024 [18:45]
Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb
- 23.04.2024 [18:02]
“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub
- 23.04.2024 [17:56]
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
- 23.04.2024 [13:59]
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq
- 23.04.2024 [13:44]