İDMAN


Yeniyetmə cüdoçularımız Avropa kuboku turnirində 9 medal qazanıblar

Bakı, 16 fevral, AZƏRTAC

İspaniyanın Fuenxirola şəhərində yeniyetmə cüdoçular arasında keçirilən Avropa kuboku yarışı başa çatıb.

AZƏRTAC xəbər verir ki, beynəlxalq turnirin ikinci günündə millimiz hesabına daha üç medal yazdırıb. Belə ki, oğlanların mübarizəsində Nahid İsmayılov (73 kq) bütün rəqiblərini məğlub edərək Avropa kubokunun turnirinin qızıl medalını qazanıb. Komandamızın digər üzvü Əlirza Şıxəlizadə (81 kq) yalnız final görüşündə uduzaraq gümüş medala sahib olub. Qızların yarışında isə Aytac Qardaşxanlı (57 kq) bürünc medala layiq görülüb.

Beləliklə, Azərbaycan cüdoçuları turnirdə, ümumilikdə 2 qızıl, 4 gümüş və 3 bürünc medala sahib olublar. Millimiz oğlanlar arasında medalların əyarına görə 1-ci yeri, ümumu komanda hesabında isə 2-ci yeri tutub.

Qeyd edək ki, İspaniyada 23 ölkədən 500 cüdoçu mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.