İDMAN


Yeniyetmə cüdoçularımız Rumıniyada Avropa kuboku yarışında iştirak edəcəklər

Bakı, 6 may, AZƏRTAC

Mayın 7-8-də Rumıniyada keçiriləcək yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışında Azərbaycanı 20 cüdoçu təmsil edəcək.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Buxarestdə təşkil olunacaq turnirdə baş məşqçi Rüstəm Alimlinin rəhbərliyi ilə cüdoçularımız Məhəmməd Məmişov, Xalid Məmmədov (50 kq), Məhəmməd Musayev, Şahin Oruczadə, Nicat Süleymanlı (55 kq), Fikrət Nəcəfov (60 kq), Əbil Yusubov, Nicat Nağıyev, Mehdi Cəfərov, Nihad Qaracayev (66 kq), Süleyman Əliyev, Əli Hacızadə, Nahid Tarquliyev (73 kq), Fərid Niyazov, Tamerlan Cabbarov (90 kq) və Ramazan Əhmədov (+ 90 kq) mübarizə aparacaqlar.

Qızlardan ibarət milli komanda isə yarışa məşqçi Elnur İsmayılovun rəhbərliyi ilə qatılacaq. Turnirdə yığma üzvlərindən Xumar Qasımzadə (44 kq), Vüsalə Hacıyeva (52 kq), Fidan Əlizadə (57 kq) və Nigar Süleymanova (+ 70 kq) güclərini sınayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.