İDMAN


Yeniyetmə güləşçilərimiz Avropa Gənclər Yay Olimpiya Festivalına Xaçmazda hazırlaşırlar

Bakı, 18 may, AZƏRTAC

Yeniyetmələrdən ibarət sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı başlayıb.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Abil İbrahimov və Yaşar Əliyevin rəhbərliyi altında hazırlıq prosesində sərbəst güləşçilərdən Murad Haqverdiyev, Abdulrəhman İbrahimov (hər ikisi 45 kq), Ramik Heybətov, Mircavad Nəbiyev (hər ikisi 48 kq), Kənan Heybətov, Rəhman İmanov (hər ikisi 51 kq), Əbülfəz Nəsirov, Zirəddin Bayramov (hər ikisi 55 kq), Sabir Cəfərov, Fərhad Kərimli (hər ikisi 60 kq), Cəbrayıl Hacıyev, Rəşad Əzizov (hər ikisi 65 kq), Məhəmmədəli Əliyev, Məhəmməd Aydayev (hər ikisi 71 kq), Abdulcəlil Şabanov, Fərid Cabbarov (hər ikisi 80 kq), Saqadulla Ağayev, İzzət Aşurov (hər ikisi 92 kq), Hamlet Nəsibli və Nural Vəliyev (hər ikisi 110 kq) iştirak edirlər.

Böyük məşqçi Taleh İsrafilov və məşqçi Nazim Əhmədovun başçılıq etdiyi yunan-Roma güləşi üzrə millimizdə isə Fərid Sadıqlı, Təvəkkül Həziyev, Ramal Nəzərli (hamısı 45 kq), Məlik Əliyev, Ziya Babaşov, Cavidan Məmmədli (hamısı 48 kq), Elmir Əliyev, Nihad Quluzadə (hər ikisi 51 kq), Nihad Məmmədli, Rəsul Məmmədzadə, Yadigar Qaybəliyev (hamısı 55 kq), Əli Alıyev, Həsrət Cəfərov, Etibar Rzayev (hamısı 60 kq), Xasay Həsənli, Kənan Abdullazadə (hər ikisi 65 kq), Allahverdi Əliyev, Rauf Əliyev (hər ikisi 71 kq), Coco Səmədov (75 kq), Əlisəftər Məmmədli və İbrahim Mehrəliyev (hər ikisi 80 kq) yer alıblar.

Qeyd edək ki, təlim-məşq toplanışı iyunda İtaliyada keçiriləcək yeniyetmələrin Avropa çempionatına və iyulda ölkəmizdə təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlıq xarakteri daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.