İDMAN


Yeniyetmə güləşçilərimiz Ukraynada təlim-məşq toplanışında iştirak edirlər

Bakı, 15 may, AZƏRTAC

İyulun 21-27-də Bakıda təşkil olunacaq Avropa Gənclərinin Yay Olimpiya Festivalı çərçivəsində güləş yarışları da keçiriləcək. İyulun 21-dən 23-dək güləşin hər 3 növü üzrə mübarizə baş tutacaq.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yeniyetmələrdən ibarət yığmalarımız ölkəmizdə baş tutacaq məsul yarışlara hazırlığı davam etdirirlər. Qızlardan ibarət millimiz daha keyfiyyətli hazırlıq mərhələsinə çatmaq üçün Ukraynada təlim-məşq toplanışındadır.

Krivoy-Roqda keçirilən hazırlıq prosesi mayın 26-dək davam edəcək. Toplanışda böyük məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında Zemfira Həşimova (43 kq), Lalə Mirzəyeva (46 kq), Gültəkin Şirinova (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Mərziyə Sadıqova (61 kq) və Nigar Mirzəzadə (65 kq) iştirak edirlər.

Qeyd edək ki, hazırlıq prosesi yerli güləşçilərlə birgə keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.