İDMAN


Yeniyetmə güləşçilərimiz “Victory Cup” turnirində üç medal qazanıblar

Bakı, 13 aprel, AZƏRTAC

Antalyada yeniyetmə güləşçilər arasında “Victory Cup” turniri start götürüb.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yarışın ilk medalçıları müəyyənləşib. Yunan-Roma güləşçimiz Nihad Məmmədli (55 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sərbəst güləşçilərimizdən Riad Aslanov gümüş, Zirəddin Bayramov (hər ikisi 55 kq) isə bürünc medal qazanıblar.

Turnirə aprelin 14-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.