İDMAN


Yeniyetmə karateçilərimiz İranda keçirilən turnirin ilk günündə 4 medal qazanıblar

Bakı, 20 sentyabr, AZƏRTAC

Sentyabrın 20-də Azərbaycan karateçiləri İranın Urmiyə şəhərində ənənəvi beynəlxalq turnirə uğurla başlayıblar.

AZƏRTAC xəbər verir ki, finalda ermənistanlı rəqibinə qalib gələn Ramil Baxşəliyev (14-15 yaşlı yeniyetmələr, 52 kq) qızıl medala sahib olub. Azər Tapdıqlı (14-15 yaşlı yeniyetmələr, 63 kq) gümüş, Ruslan Qafarlı (14-15 yaşlı yeniyetmələr, 57 kq) və Emin Namazov (14-15 yaşlı yeniyetmələr, kata) isə bürünc mükafat qazanıblar.

Turnirə fəxri qonaq kimi dəvət olunan Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Dünya Karate Federasiyası (WKF) Texniki Komitəsinin üzvü Yaşar Bəşirov idmançıların mükafatlandırılma mərasimində iştirak edib. O, həmçinin İran Karate Federasiyasının prezidenti Seyed Hassan Tabatabaeiyə Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubiley medalını hədiyyə edib.

Sentyabrın 20-22-də keçirilən və ümumi mükafat fondu 60 min avro olan 15-ci “Urmia Open” yarışında 12 ölkədən 412 karateçi iştirak edir. Yarış yeniyetmə və gənclər üçün oktyabrın sonunda Çilidə keçiriləcək dünya çempionatına hazırlıq xüsusiyyəti də daşıyır. Turnirin növbəti günləri digər idmançılarımız tatamiyə çıxacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.