İDMAN


Yeniyetmə oğlan və qızlar arasında ağır atletika üzrə keçirilən Azərbaycan birinciliyi başa çatıb

Bakı, 15 may, AZƏRTAC

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında keçirilən Azərbaycan birinciliyi başa çatıb.

AZƏRTAC xəbər verir ki, yarışın son günündə yaşı 15 və 17-yə qədər oğlanlar arasında 73, 81, 89, 96, 102 və +102 kiloqram çəki dərəcələrində qaliblərin adına aydınlıq gəlib. Belə ki, 15 yaşadək oğlanların yarışında Yaşar Qurbanov (73 kq), Hüseyn Heydərov (81 kq), Həsən Babayev (89 kq), Rəbbani Niftəliyev (102 kq), Sadiq Əliquliyev (+102 kq) rəqiblərindən güclü olublar.

Yaşı 17-yə qədər oğlanların turnirində isə Emin Əkbərov (73 kq), İmanəli Əliyev (81 kq), Əbdülmətin İsmayılov (89 kq), Hüseyn Fətəliyev (96 kq), Hacı Əlimanov (102 kq), Nurəddin Mehdiyev (102 kq) qızıl medala sahib çıxıblar.

Azərbaycan birincilyində ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.