İDMAN


Yeniyetmə qılıncoynadanlarımız Moskvada keçirilən “European Cadet Circuit” turnirində çıxış ediblər

Bakı, 23 oktyabr, AZƏRTAC

Yeniyetmə qılıncoynadanlarımız Moskvada keçirilən “European Cadet Circuit” turnirində çıxış ediblər.

AZƏRTAC xəbər verir ki, 2003-2006-cı il təvəllüdlü yeniyetmə sablyaçılar arasında keçirilən yarışda 151 qılıncoynadan iştirak edib.

Oğlanların şəxsi yarışında sablyaçılarımızdan Maqsud Hüseynli 19, Murad Əkbərov 29, Saleh Məmmədov isə yekun sıralamada 51-ci olublar.

Qız sablyaçıların şəxsi yarışında Zərifə Hüseynova 17, Sara Aydəmirova isə 47-ci pillədə qərarlaşıblar.

Sablyaçılarımızın hamısı qrup mərhələsini adlamağı bacarıb. Sara Aydəmirova və Saleh Məmmədov onaltıdabir finala yüksəlmək uğrunda keçirilən görüşlərdə məğlub olublar. Maqsud Hüseynli, Murad Əkbərov və Zərifə Hüseynova isə səkkizdəbir finala yüksəlmək uğrunda keçirilən görüşlərdə uduzublar.

M.Hüseynli, M.Əkbərov və S.Məmmədovdan ibarət trio oğlan sablyaçıların komanda yarışında rusiyalı həmyaşıdlarına 34:45 hesabı ilə uduzub. Oğlan sablyaçılarımız 17 komanda arasında 9-cu yeri tutub.

Turnirdə Azərbaycanla yanaşı, Rusiya, Avstriya, Belarus, Almaniya, Fransa və İsraili təmsil edən yeniyetmə oğlan və qız sablyaçılar iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.