İDMAN


Yeniyetmə şahmatçılarımız dünya çempionatında liderlər qrupunda yer alıblar

Bakı, 11 oktyabr, AZƏRTAC

Hindistanda 14, 16 və 18 yaşlı oğlan və qızlar arasında keçirilən şahmat üzrə dünya çempionatında təmsilçilərimiz uğurlu çıxışlarını davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, 14 yaşlı idmançılar arasında açıq turnirdə mübarizə aparan Aydın Süleymanlı 9-cu turda növbəti qələbəsini qazanıb. O, 7,5 xalla ilk pillədə qərarlaşıb. Şahmatçımız 10-cu turda vyetnamlı Thien Phuc Vo Phamla mübarizə aparacaq. Digər şahmatçımız 14 yaşlı qızlar arasında mübarizə aparan Ayan Allahverdiyeva da uğurla çıxış edir. O, 7 xalla üçüncü pillədədir. A.Allahverdiyevanın növbəti turda rəqibi rusiyalı Yekaterina Nasyrova olacaq. Turnir 11 turdan ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.