İDMAN


Yeniyetmə şahmatçımız Aydın Süleymanlı FIDE-nin saytında “Günün adamı” elan edilib

Bakı, 27 fevral, AZƏRTAC

Moskvada davam edən “Aeroflot open” festivalının güclü şahmatçıların mübarizə apardıqları A turnirində istedadlı yeniyetmə idmançımız Aydın Süleymanlının nəticələri şahmat ictimaiyyətinin diqqətini cəlb edib.

AZƏRTAC xəbər verir ki, 14 yaşlı A.Süleymanlı səkkizinci turda İranın güclü şahmatçısı Pərham Maqsudlu üzərində qələbə qazanaraq 6 xalla turnir cədvəlində liderliyə yüksəlib. Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəsmi saytında Aydın Süleymanlı “Günün adamı” elan edilib və şəkli qurumun əsas səhifəsində yerləşdirilib.

Qeyd edək ki, bu gün “Aeroflot open” turnirinin sonuncu turunda Aydın Süleymanlı onunla eyni xalı olan Rauf Məmmədov ilə qarşılaşır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.