İDMAN


Yeniyetmə stolüstü tennisçilərimiz İstanbulda uğurla çıxış ediblər

Bakı, 3 sentyabr, AZƏRTAC

Yeniyetmə stolüstü tennisçilərimizin iştirakı ilə İstanbulda keçirilən “Türk dünyası ulduzlarının stolüstü tennis liqası” başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan, Türkiyə, Özbəkistan və Şimali Kiprdən tennisçilərin iştirak etdiyi Liqa oyunlarının sonuncu iki günündə komanda və şəxsi yarışlar keçirilib.

Dostluq görüşü və yeniyetmələrin təcrübə mübadiləsi məqsədi ilə komanda oyunlarında yığmaların tərkibi müxtəlif ölkələrin idmançılarından ibarət olub.

Komanda yarışlarında tennisçimiz Emin Məmmədov birinci yeri tutan komandanın tərkibində çıxış edib. Ləman Abdülhəmidova ikinci, Zemfira Mikayılova isə üçüncü olan komandada mübarizə aparıblar.

Qızların şəxsi oyunlarında Zemfira Mikayılova bürünc medal qazanıb. Oğlanların mübarizəsində isə Emin Məmmədov ikinci olub.

Tennisçilərimiz sentyabrın 3-də Vətənə qayıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.