İDMAN


Yeniyetmə və gənc karateçilərimiz Kiprdə güclərini sınayacaqlar

Yeniyetmə və gənc karateçilərimiz Kiprdə güclərini sınayacaqlar

Bakı, 3 fevral, AZƏRTAC

Fevralın 3-5-də Kiprin Larnaka şəhərində yeniyetmə və gənc karateçilər arasında Avropa çempionatı keçiriləcək. Çempionatda ölkəmizi təmsil edəcək heyətə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və baş katib Camal Murtuzəliyev rəhbərlik edəcəklər.

Federasiyadan AZƏRTAC-a bildiriblər ki, yeniyetmə və gənclərdən ibarət millinin kumite üzrə baş məşqçisi Anar Allahverdiyev, eləcə də böyük məşqçilər Seymur Xudaverdiyev və Şahin Atamov 14-15 yaşlı yeniyetmələrdə 8 karateçinin, 16-17 yaşlı gənclərdə 9, 21 yaşadək gənclərdə isə 8 idmançının çıxışına üstünlük verib.

Kata üzrə milli komandanın böyük məşqçisi İsmayıl Quliyev 4 idmançını müşayiət edəcək.

Beynəlxalq dərəcəli hakimlərdən Cahangir Babayev, Şahin Xudaverdiyev və Seymur Məmmədov yarışın referiləri arasında olacaq.

Avropa çempionatında 48 ölkədən 1114 karateçi iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.