İDMAN


Yeniyetmə və gənc karateçilərimiz dünya çempionatında mübarizə aparacaqlar

Bakı, 23 oktyabr, AZƏRTAC

Oktyabrın 23-də Çilinin paytaxtı Santyaqo şəhərində yeniyetmə və gənclərin XI dünya çempionatı start götürəcək.

AZƏRTAC xəbər verir ki, yarışda ölkəmizi 14-15 yaşlı yeniyetmələr arasında Ramil Baxşəliyev (52 kq) və Rumil Cəfərli (57 kq) təmsil edəcəklər. Sultan Hüseynov (55 kq), Hüseyn Məmmədli (61 kq), Tale Yaqubov (68 kq), Hüseyn Hüseynzadə (76 kq), Namiq Quliyev (76 kq-dan yuxarı), Polina Qurenko (53 kq), Ayla Rzazadə (59 kq) və Fidan Dadaşova (48 kq) 16-17 yaşlı gənclərin yarışında mübarizə aparacaqlar. İyirmi bir yaşadək karateçilər arasında Hümmət Baxşəliyev (67 kq), Murad Hacızadə (84 kq-dan yuxarı) və Fidan Teymurova (50 kq) yarışacaqlar. Katada isə Roman Heydərov gücünü sınayacaq.

Yeniyetmə və gənclərin XI dünya çempionatında 96 ölkədən 1557 idmançı mübarizə aparacaq.

Yarışa oktyabrın 27-də yekun vurulacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.