Yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan çempionatı keçiriləcək
AzerTAg.az

Bakı, 12 aprel, AZƏRTAC
Aprelin 13-də yeniyetmə və gənc stolüstü tennisçilər arasında Azərbaycan çempionatına start veriləcək.
AZƏRTAC Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, “Şüa” İdman-Sağlamlıq Kompleksində təşkil olunacaq ölkə birinciliyi şəxsi, komanda, qoşa və qarışıq-qoşa proqramında keçiriləcək.
Dörd gün davam edəcək yarışın keçirilməsində əsas məqsəd stolüstü tennisin təbliği, perspektivli idmançıların üzə çıxarılması, bu idman növünün inkişafına töhfə verməkdir.
Fərqlənən idmançılara federasiyanın mükafatları təqdim olunacaq. Fəxri kürsüyə yüksələn tennisçilər, həmçinin milli komandaların heyətinə cəlb olunaraq, beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək imkanı qazanacaqlar.
Xəbərin mətnində orfoqrafik səhv var