İDMAN


Yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışına start verilib

Bakı, 1 dekabr, AZƏRTAC

Bu gün “Şüa” İdman Kompleksində yeniyetmə və gənc stolüstü tennisçilərin ölkə kuboku yarışına start verilib.

AZƏRTAC xəbər verir ki, yarışın açılış mərasimində çıxış edən Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidenti Elmar İslam iştirakçılara uğurlar arzulayıb. Federasiya rəsmisi bu cür yarışların stolüstü tennisin inkişafında mühüm rol oynadığını vurğulayıb.

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkil etdiyi yarışda paytaxt idmançıları ilə yanaşı, ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən idman cəmiyyətləri, klublar və uşaq-gənclər idman məktəblərinin tennisçiləri mübarizə aparırlar.

Dekabrın 4-də yekun vurulacaq yarışın təşkilində əsas məqsəd kütləviliyi artırmaq və inkişaf etdirməklə yanaşı, stolüstü tennisçilərin idman ustalığını yüksəltməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.