İDMAN


Yeniyetmə və gənclər arasında güləş üzrə Azərbaycan çempionatı keçiriləcək

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 20-23-də Bakı İdman Sarayında yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.

AZƏRTAC xəbər verir ki, çempionatın keçirilməsi yeniyetmə və gənclər arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq, yeniyetmə və gənclərdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.

Yeniyetmə güləşçilərin seçim yarışı iki mərhələdən ibarət olub. İlk mərhələdə Azərbaycan Güləş Federasiyasının regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə region birinciliyi uğrunda yarışlar keçirilib. Nümayəndəliklər üzrə keçirilən seçim yarışlarında, ümumilikdə 1000 nəfərdən artıq yeniyetmə güləşçi mübarizə aparıb və ayrılmış saya uyğun olaraq Azərbaycan çempionatında iştiraka vəsiqələr qazanılıb.

Çempionatın proqramına əsasən, fevralın 20-21-də yeniyetmələr, 22-23-də isə gənclər arasında yarışlar keçiriləcək və qaliblər müəyyənləşəcək. Yeniyetmələrin yarışında 2001-2002-ci il təvəllüdlü, gənclərin yarışında isə 1998-2000-ci il təvəllüdlü idmançılar mübarizə aparacaqlar. 2003-cü il təvəllüdlü idmançılar isə həkim arayışı və valideynin razılığı ilə çempionatda iştirak edə bilər.

Çempionatda ilk üç yeri tutacaq idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.