İDMAN


Yeniyetmə və gənclər arasında karate üzrə Azərbaycan birinciliyi başa çatıb

Bakı, 15 fevral, AZƏRTAC

Yeniyetmə və gənclər arasında karate üzrə 22-ci Azərbaycan birinciliyi başa çatıb.

Azərbaycan Milli Karate Federasiyasından AZƏRTAC-a bildiriblər ki, müxtəlif bölgələrdən 30-dan artıq klubu təmsil edən 500-dən çox idmançının iştirak etdiyi ölkə birinciliyində “Təhsil” RİM 12 qızıl, 9 gümüş və 12 bürünc medalla birinci yeri tutub. “Qara qaplan” klubu 10 qızıl, 10 gümüş, 13 bürünc medalla ikinci yerə sahib olub. Hərəyə 6 qızıl, 2 gümüş və 7 bürünc medal qazanan “Arpaçay” klubunun və DİN idman cəmiyyətinin karateçiləri isə 3-4-cü yerləri bölüşüblər.

Yeniyetmə və gənclərin respublika birinciliyində fərqlənən idmançılar iyunda Çexiyanın paytaxtı Praqada keçiriləcək Avropa çempionatında iştirak etmək üçün təlim-məşq toplanışına qatılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.