CƏMİYYƏT


Yeniyetmə və gənclərin ən doğru seçimi sağlam həyat tərzidir

Bakı, 29 noyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının inzibati binasında yuxarı sinif şagirdlərinin, kollec tələbələrinin, müəllim və valideynlərin iştirakı ilə “Yeniyetmə-gəncləri zərərli vərdişlərdən qoruyaq!” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Bu barədə AZƏRTAC-a Nizami Rayon İcra Hakimiyyətindən məlumat veriblər.

Tədbiri rayon icra hakimiyyəti başçısının müavini, komissiyanın sədri Gülnaz İsrafilova açaraq, bu il ötən müddət ərzində keçirilmiş tədbirlər, görülmüş işlər barəsində ətraflı məlumat verərək söyləyib ki, zərərli vərdişlər və onlara aludəçilik sağlamlığa ağır zərbə vurur. Ona görə də yeniyetmə və gənclər üçün yeganə və alternativsiz seçim sağlam həyat tərzidir, çünki sağlam həyat tərzi sağlam ruh və sağlam mənəviyyat deməkdir.

Tədbirdə həmçinin Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru polis polkovnik-leytenantı Əkbər Əkbərov “Yetkinlik yaşına çatmayanların cinayətə meyilliliyinin fəsadları və onların məruz qaldıqları zorakılıqdan müdafiəsi, təhsildən qərəzli şəkildə yayınmalarının qarşısının alınmasında daxili işlər orqanlarının rolu”, Nizami Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elçin Əliyev “Dini radikalizmin zərərli təsirləri”, Bakı şəhər Narkoloji Dispanserin narkoloq həkimi Ələddin İsmayılov “Narkotiklər haqqında nə bilirik: narkotik, yoxsa həyat”, Rayon Qeydiyyat şöbəsinin baş məsləhətçisi Əmir Bağırlı “Yetkinlik yaşına çatmayan qızların erkən nikahlara məruz qalmalarına qarşı mübarizədə gənclərin fəallığının artırılması” və YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva “Sağlam gəncliyimizi qoruyaq və qayğı göstərək” mövzularında çıxışlar edib, yeniyetmə-gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırıb, onlara dəyərli tövsiyələrini veriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.