İDMAN


Yeniyetmə yunan-Roma güləşçilərindən ibarət Azərbaycan millisi ardıcıl ikinci dəfə Avropa çempionu adını qazanıb

Bakı, 15 iyun, AZƏRTAC

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-17 Avropa çempionatında yunan-Roma güləşi üzrə yarışa yekun vurulub. Güləş tariximizdə növbəti parlaq nəticə qeydə alınıb. Belə ki, yeniyetmələrdən ibarət milli komandamız həm medalların sayına, həm də toplanan xallara görə rekorda imza atıb.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, qitə birinciliyinə böyük məşqçi Taleh İsrafilov, məşqçilər Rasim Ağayev və Elvin Mürsəliyevin rəhbərliyi altında yollanan 10 idmançımızdan 8-i fəxri kürsüyə qalxıb. Fəraim Mustafayev (55 kq) və Məhəmməd Qasımzadə (60 kq) bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olublar. Elvin İbadov (48 kq), Vədat Qasımlı (51 kq), Seymur Qasımov (65 kq), Davud Məmmədov (71 kq) və İsmayıl Rzayev (80 kq) gümüş, Hüseyn Savadov (45 kq) isə bürünc medal qazanıb.

Beləliklə, 2 qızıl, 5 gümüş, 1 bürünc medal əldə edən yunan-Roma güləşi üzrə U-17 yığmamız 175 xalla Avropa çempionu olub. Azərbaycan 2-3-cü yerləri bölüşən Gürcüstan və Ukraynanı 66 xal qabaqlayıb. Bununla da millimiz titulunu qoruyub. Xatırladaq ki, komandamız ötən il Bolqarıstanda keçirilən analoji yarışda 155 xalla Avropa çempionu olmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.