İDMAN


Yeniyetmələr arasında 2020-ci il Qış Olimpiya Oyunlarına hazırlıq işləri nəzərdə tutulandan sürətlə aparılır

Bakı, 4 sentyabr, AZƏRTAC

2020-ci il İsveçrənin Lozanna şəhərində 18 yaşınadək yeniyetmələr arasında keçiriləcək Qış Olimpiya Oyunlarına hazırlıq işləri qrafiklə nəzərdə tutulan vaxtdan da sürətlə aparılır.

AZƏRTAC xəbər verir ki, “Lozanna-2020”nin Təşkilat Komitəsi 2018-ci ilin aprelindən geniş fəaliyyətə başlayıb. Yarışların keçiriləcəyi məkanların bəzi təfərrüatları artıq məlumdur.

Körlinq üzrə birincilik Şamperidə keçiriləcək. Dağ xizəkçiləri Le Dyableredə medallar uğrunda mübarizə aparacaqlar. Xizəksürmə, snoubord-kross və xizək alpinizmi yarışları isə Villar-sur-Ollonda keçiriləcək. Fristayl yarışlarına kiçik Lezen şəhəri ev sahibliyi edəcək. Konkisürmə, xizək idmanı, fiqurlu konkisürmə, buz üzərində xokkey idman növlərini bilavasitə Lozanna qəbul edəcək.

Lozanna 2020-ci il Yeniyetmələrin Qış Olimpiya Oyunlarını keçirmək hüququnu Beynəlxalq Olimpiya Komitəsinin sessiyasında səsvermənin nəticələrinə görə əldə edib. Səsvermədə Olimpiya paytaxtı 71, onun əsas rəqibi Rumıniyanın Braşov şəhəri isə cəmi 10 səs alıb.

Açılış mərasiminin 2020-ci il yanvarın 9-da keçirilməsi planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.