İDMAN


Yeniyetmələr arasında Avropa çempionatında iştirak edəcək sərbəst güləşçilərimiz müəyyənləşib

Bakı, 13 iyun, AZƏRTAC

İyunun 14-də Bolqarıstanın Samokov şəhərində yeniyetmə güləşçilərin Avropa çempionatı start götürəcək.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, iyunun 20-dək davam edəcək qitə birinciliyinin ilk günlərində sərbəst güləşçilər mübarizə aparacaqlar. Bu gün güləşin bu növündə bütün çəkilər üzrə püşkatma mərasimi keçiriləcək. İlk yarış günündə 48, 55, 65, 80 və 110 kiloqram çəki dərəcələrində çıxış edən yeniyetmələr xalça üzərinə çıxacaqlar. İyunun 15-də isə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcəsində yer alan güləşçilər mübarizəyə qoşulacaqlar. Qarşılaşmalar hər gün Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.

Bu Avropa çempionatında millimiz tam heyətlə iştirak edəcək. Bolqarıstana yollanan komandamızın tərkibində böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Abil İbrahimovun rəhbərliyi altında Yusif İsparov (45 kq), Musa Verdiyev (48 kq), Cavid Cavadov (51 kq), Sübhan Səfərli (55 kq), Abdulrəhman İbrahimov (60 kq), Ümid Məmmədov (65 kq), Sadiq Mustafazadə (71 kq), Səttərxan Allahverdili (80 kq), Vüqar Həsənov (92 kq) və Azay İsmayılov (110 kq) yer alıblar.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakimlərimizdən Zaur Şərifov və Tural Əliyev yarışda ədaləti qoruyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.