İDMAN


Yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyinə start verilib

Bakı, 10 may, AZƏRTAC

Mayın 10-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda 2004-2005-ci il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyinə start verilib.

Azərbaycan Atletika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda 8 komandadan 100 atlet iştirak edir. Çempionatda atletlər 60, 200, 400, 800 və 1500 metr məsafələrə qaçış, 4x100 metr məsafəyə estafet qaçışı, uzunluğa, hündürlüyə və üçtəkanla tullanma, eləcə də nüvəitələmə yarışlarında qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, yarışa mayın 11-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.