İDMAN


Yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib

Bakı, 20 yanvar, AZƏRTAC

Respublika Olimpiya Mərkəzində 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyi yarışının qalibləri müəyyənləşib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə keçirilən yarışda atletlər qaçış, tullanma və atma növlərində qüvvələrini sınayıblar.

AZƏRTAC xəbər verir ki, çempionatda paytaxtın 10 komandasından 100-ə yaxın atlet birincilik uğrunda mübarizə aparıb.

Yarışın ikinci günündə oğlanlar arasında uzunluğa tullanma yarışında Mərdan Mustafazadə qalib adını qazanıblar. Qızların yarışında isə uzunluğa tullanmada Veronika Antropova birinci yerə layiq görülüblər.

Oğlanlar arasında qaçış yarışlarında Elcan Cəfərov (300 m) və Səid Səfərov (1000 m) birinci olublar. Qızların mübarizəsində isə Mələk Tağızadə (300 m) və İlahə Quliyeva (1000 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qaliblər federasiya və Baş İdarə tərəfindən diplom və medallarla təltif olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.