İDMAN


Yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyinin ilk qalibləri müəyyənləşib

Bakı, 15 yanvar, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Hövsanda yerləşən İdman Kompleksində yeniyetmələr arasında (U18) cüdo üzrə Azərbaycan birinciliyi keçirilir.

Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışın ilk günündə beş çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəlib. Belə ki, Samir Əliquliyev (46 kq), Əlihümbət Qafarov (60 kq), Vüqar Talıbov (81kq), Könül Əliyeva (48 kq) və Pərvanə Abdullayeva (63 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar.

Qeyd edək ki, ölkə birinciliyində 74 klubdan 592 cüdoçu (505 oğlan, 87 qız) mübarizə aparır.

Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarışa yanvarın 17-də yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.