ELM VƏ TƏHSİL


Yeniyetmələr arasında cüdo üzrə beynəlxalq “Təhsil kuboku” keçirilir

Bakı, 13 oktyabr, AZƏRTAC

Təhsil Nazirliyi və Azərbaycan Cüdo Federasiyasının dəstəyi, 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə yeniyetmələr arasında cüdo üzrə beynəlxalq “Təhsil kuboku” keçirilir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 14-dək davam edəcək yarışda Türkiyə, Polşa, Ukrayna, Rusiya və digər ölkələr iştirak edir. “Təhsil kuboku” uğrunda ümumilikdə 13 ölkədən 900-dən çox cüdoçu mübarizə aparır.

Yarış bitdikdən sonra yeniyetmə cüdoçular öz ustalıqlarını artırmaq məqsədilə üçgünlük təlim-məşq toplanışında iştirak edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.