İDMAN


Yeniyetmələr arasında keçiriləcək Avropa kuboku yarışında Azərbaycanı 20 cüdoçu təmsil edəcək

Bakı, 7 may, AZƏRTAC

Bu gün Rumıniyada yeniyetmələr arasında start götürəcək Avropa kuboku yarışında Azərbaycanı 20 cüdoçu təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, Buxarestdə təşkil olunacaq turnirdə baş məşqçi Rüstəm Alimlinin rəhbərliyi ilə cüdoçularımız Məhəmməd Məmişov, Xalid Məmmədov (50 kq), Məhəmməd Musayev, Şahin Oruczadə, Nicat Süleymanlı (55 kq), Fikrət Nəcəfov (60 kq), Əbil Yusubov, Nicat Nağıyev, Mehdi Cəfərov, Nihad Qaracayev (66 kq), Süleyman Əliyev, Əli Hacızadə, Nahid Tarquliyev (73 kq), Fərid Niyazov, Tamerlan Cabbarov (90 kq) və Ramazan Əhmədov (+ 90 kq) güclərini sınayacaqlar.

Qızlardan ibarət milli komanda isə yarışa məşqçi Elnur İsmayılovun rəhbərliyi ilə qatılacaq. Turnirdə yığma üzvlərindən Xumar Qasımzadə (44 kq), Vüsalə Hacıyeva (52 kq), Fidan Əlizadə (57 kq) və Nigar Süleymanova (+ 70 kq) mübarizə aparacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.