İDMAN


Yeniyetmələr arasında keçirilən qılıncoynatma üzrə ölkə birinciliyinə yekun vurulub

Bakı, 16 dekabr, AZƏRTAC

Azərbaycan Qılıncoynatma Federasiyası və “Təhsil” Respublika İdman Mərkəzinin birgə təşkilatçılığı ilə 2006-2009-cu il təvəllüdlü idmançılar arasında açıq birinciliyə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Texniki Universitetinin zalında keçirilən yarışda 100-dən çox yeniyetmə və uşaq qılıncoynadan 3 kateqoriya üzrə mübarizə aparıb.

İştirakçılar həm şəxsi, həm də komanda yarışlarında qüvvələrini sınayıblar.

Oğlanlar arasında sablyada Nurlan Zeynallı, şpaqada Səid Əliyev və rapirada Daniel Verstakovas fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qızların mübarizəsində isə sablyada Zərifə Hüseynova, şpaqada Lalə Hümbətova və rapirada Amaliya Məmmədova birinci olublar.

Qaliblər diplom, medal və kubokla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.