İDMAN


Yeniyetmələrin IV Yay Olimpiya Oyunları təxirə salınıb

Bakı, 16 iyul, AZƏRTAC

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi Seneqalın paytaxtı Dakardakı Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının 2022-ci ildən 2026-cı ilədək təxirə salınmasına qərar verib.

AZƏRTAC xəbər verir ki, bu barədə BOK prezidenti Tomas Bax mətbuat konfransında məlumat verib. Oyunların təxirə salınması iyulun 17-də BOK-un iclasında təsdiqlənməlidir.

Qeyd edək ki, yarış koronavirus səbəbindən təxirə salınıb.

Xatırladaq ki, yeniyetmələrin IV Yay Olimpiya Oyunları 2022-ci il oktyabrın 22-dən noyabrın 9-dək Dakarda keçirilməli idi. Bu, Afrika qitəsinin ev sahibliyi edəcəyi ilk Olimpiya Oyunları kimi tarixə düşəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.