İDMAN


Yeniyetmələrin XV Avropa Gənclər Qış Olimpiya Festivalı yenidən təxirə salınıb

Bakı, 21 aprel, AZƏRTAC

Yeniyetmələrin XV Avropa Gənclər Qış Olimpiya Festivalı yenidən təxirə salınıb.

AZƏRTAC xəbər verir ki, Vuokattidə 2021-ci ilin dekabrında baş tutması planlaşdırılan yarışın 2022-ci il martın 20-25-də keçirilməsi qərara alınıb. Qərarı Avropa Olimpiya Komitələri (AOK) və Finlandiya Milli Olimpiya Komitəsi qəbul edib.

Bununla yanaşı, qeyd edilib ki, Vuokattidəki festivalda bütün yarışlar 2022-ci ildə keçirilməyəcək. Belə ki, hokkey üzrə aparıcı komandaların iştirak edə bilməsi üçün bu növ üzrə yarışların 2021-ci ilin dekabrında təşkili planlaşdırılıb.

Qeyd edək ki, 14-18 yaşlı idmançıların qatılacağı yarışda 9 idman növü təmsil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.