DÜNYA


Yens Stoltenberq: Brexit Londonun NATO ilə münasibətinə təsir göstərməyəcək

Bakı, 14 mart, AZƏRTAC

Böyük Britaniyanın Avropa İttifaqının tərkibindən çıxması Londonun NATO ilə münasibətlərinə təsir etməyəcək, Birləşmiş Krallıq mühüm müttəfiq olaraq qalacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu fikri Şimali Atlantika Alyansının Baş katibi Yens Stoltenberq səsləndirib. “Əlbəttə biz Brexit barədə müzakirələrin çox ağır keçdiyini görürük. Brexit Böyük Britaniyanın NATO ilə deyil, Avropa İttifaqı ilə münasibətlərini dəyişəcək”, - deyə Stoltenberq jurnalistlərə bildirib.

NATO-nun baş katibi əlavə edib ki, London vacib və güclü müttəfiq olaraq qalacaq. Hazırda Böyük Britaniya hərbi büdcəsinə görə müttəfiqlər arasında ikinci, Avropada isə birinci yerdə dayanır.

O, həmçinin Böyük Britaniyanın NATO-ya sadiqliyindən əmin olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.