DÜNYA


Yens Stoltenberq: NATO sammitində yeni strateji konsepsiya qəbul olunacaq

Bakı, 29 iyun, AZƏRTAC

NATO sammitində Rusiya alyans üçün birbaşa təhdid kimi adlandırılacaq və Şimali Atlantika Blokunun gələcəyini qurmaq üçün plana çevriləcək yeni strateji konsepsiya qəbul ediləcək.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə NATO-nun Baş katibi Yens Stoltenberq sammitdən öncə deyib.

“Biz sammitdə yeni strateji konsepsiya qəbul edəcəyik. Bu konsepsiya alyansı gələcəkdə daha rəqabətli və təhlükəli dünyaya necə aparmaq və NATO-nun tərkibində yaşayan bir milyard insanın təhlükəsizliyini necə təmin etmək üçün plana çevriləcək. 2010-cu ildə qəbul edilən əvvəlki strateji konsepsiyada Rusiya strateji tərəfdaş adlandırılıb. Yeni konsepsiyada isə Rusiya alyansın təhlükəsizliyinə əsas təhdid kimi göstəriləcək”, - deyə Yens Stoltenberq bildirib.

Onun sözlərinə görə, sammit iştirakçıları NATO-ya daxil olan bütün ölkələrin müdafiə xərclərini ardıcıl artırmaq planına sadiqliyini bir daha təsdiq edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.