Yens Stoltenberq: Ukrayna neytrallıq məsələsi barədə özü qərar verməlidir
AzerTAg.az

Bakı, 30 mart, AZƏRTAC
Ukrayna NATO-ya daxil olmaq üçün namizədliyini irəli sürmək və ya neytral qalmaq məsələsi barədə özü qərar verməlidir.
AZƏRTAC xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Fransanın “Le Monde” qəzetinə müsahibəsində deyib.
“Biz alyansa üzvlük üçün namizədliyini təklif edib-etməməsindən asılı olmayaraq, suveren və müstəqil millətin bütün qərarlarına hörmətlə yanaşırıq. Həmçinin Ukrayna mümkün neytral statusu ilə bağlı özü qərar verməlidir. Lakin bu, hələ qərar yox, niyyətdir”, - deyə Yens Stoltenberq bildirib.
Bir müddət öncə Volodimir Zelenski Ukraynanın NATO-ya üzv olmayacağını etiraf etməyin vaxtı çatdığını bildirib. Həmçinin Ukraynanın neytral statusu Rusiya ilə danışıqlarda da müzakirə olunur.
Qeyd edək ki, Ali Rada 2014-cü ilin dekabr ayında dövlətin neytral statusundan imtina edib. 2019-cu ilin fevralında isə Ukrayna parlamenti konstitusiya düzəlişlərini qəbul edərək Avropa İttifaqına və NATO-ya doğru kursu möhkəmlədib. Həmçinin Ukrayna alyansın genişlənmiş imkanlar üzrə tərəfdaş statusunu alan sayca altıncı dövlət olub.
Xəbərin mətnində orfoqrafik səhv var