CƏMİYYƏT


Yer kürəsinə bir gün istirahət verək...

Bakı, 21 sentyabr, AZƏRTAC

21 sentyabr - Sıfır Emissiya Günüdür (Zero Emissions Day və ya ZeDay). Həmin təqvim hər il dünyanın bir çox ölkəsində qeyd edilir.

AZƏRTAC xəbər verir ki, həmin günün qeyd edilməsinin təşəbbüskarı 1980-ci ildə Kanadanın Yeni Şotlandiya əyalətinin sakini olsa da, beynəlxalq dərəcədə 2008-ci ildə təsis edilib.

Bu günün əsas mesajı “Planetimizə il ərzində bir gün istirahət vermək”dir. Aksiyanın devizi 12 dilə - ərəb, Çin, fransız, alman, italyan, yapon, Koreya, holland, portuqal, rus, ispan və ingilis dillərinə tərcümə olunub. Burada əsas məqsəd dünya ictimaiyyətinin diqqətini qaz emissiyaları probleminə yönəltməkdir.

Sıfır Emissiya Gününün 24 saatlıq göstərişləri bunlardır: neft, qaz, kömür istifadə etməyin və ya yandırmayın, yanacaqla təchiz edilmiş elektrik enerjisi istifadəsini minimuma endirin və ya tamamilə aradan qaldırın, əhəmiyyətli və təcili xidmətlər həmişəki kimi işləməlidir və hər şeydən əvvəl sadəcə “mümkün olan hər şey edin, şənlənin, gündən həzz alın”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.