DÜNYA


Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

Bakı, 21 mart, AZƏRTAC

Bu gün Yer kürəsinin 2 milyon kilometr yaxınlığından “2001 FO32” asteroidi keçəcək.

AZƏRTAC RİA Novostiyə istinadla xəbər verir, bu barədə ABŞ-ın Milli Kosmik və Aviasiya İdarəsi (NASA) məlumat yayıb.

Məlumatda asteroidin planetimizlə toqquşma təhlükəsinin olmadığı qeyd olunur. Buna baxmayaraq, astronomlar Yerdən bu məsafəni yaxın hesab edirlər, buna görə də FO32 potensial təhlükəli asteroid adlandırılır.

Diametri 440-680 metr arasında olduğu qeyd edilən bu asteroid 2001-ci ildə aşkarlanıb. Astronomlar hesab edirlər ki, asteroid növbəti dəfə 2052-ci ildə Yerin yaxınlığından keçəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.