ELM VƏ TƏHSİL
Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır
Bakı, 3 sentyabr, AZƏRTAC
Dünyanın müxtəlif ölkələrindən olan astronomlar Yer kürəsinə təhlükəli asteroidin yaxınlaşdığını bəyan edirlər.
AZƏRTAC “Planet–today” saytına istinadla xəbər verir ki, astronomlar bu asteroidin 2013-cü ildə Rusiyanın Çelyabinsk vilayətinə düşən meteoritdən daha da təhlükəli olduğunu deyirlər. Diametri 50 metrdən böyük olduğu təxmin edilən asteroidin Yer kürəsinə yaxınlaşması cari il sentyabrın 4-nə təsadüf edəcəyi bildirilir.
Qeyd edək ki, Çelyabinsk vilayətinə düşən meteorit minlərlə obyektin pəncərələrini qırıb burada yaşayan insanları qorxuya salmışdı.