ELM VƏ TƏHSİL


Yer kürəsinin yaxınlığından asteroid keçəcək

Bakı, 29 oktyabr, AZƏRTAC

Noyabrın 11-də Yerdən 38 milyon kilometr aralı 2015 TB145 adı ilə qeydə alınmış asteroid keçəcək.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, bu obyekt 2015-ci il oktyabrın 10-da Pan-STARRS rəsədxanasının teleskopu vasitəsilə kəşf olunub. 20-ci ulduz ölçüsündə müşahidə olunan asteroid “Halloween” bayramında keçdiyi və insan kəlləsinə oxşadığı üçün qeyri-rəsmi olaraq “Halloween” adı ilə tanınıb. Asteroidin diametri 600-700 metr ətrafındadır. Günəşətrafı fırlanma dövrü 1120,794 gün (3,04 il), öz oxu ətrafında fırlanma dövrü isə 5 saatdır.

Havay arxipelaqında yerləşən Mauna-Kea rəsədxanasının infraqırmızı teleskopu vasitəsilə alınmış materiallar əsasında alimlər belə nəticəyə gəliblər ki, bu səma obyekti “ölmüş komet”dir, yəni bütün uçucu maddələrini itirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.