ELM VƏ TƏHSİL


“Yer qabığı strukturunun zəlzələ zamanı yaranan dalğa proseslərinə təsiri” mövzusunda elmi seminar keçiriləcək

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda fevralın 2-də “Yer qabığı strukturunun zəlzələ zamanı yaranan dalğa proseslərinə təsiri” mövzusunda elmi seminar keçiriləcək.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, seminarda institutun Dalğa dinamikası şöbəsinin müdiri fizika-riyaziyyat elmləri doktoru Nazilə Rəsulovanın mövzu üzrə məruzəsi dinləniləcək.

Təqdim olunacaq işdə Azərbaycan Respublikasının müəyyən bölgəsində (Lənkəran rayonu) zəlzələdə yaranan təkanların çox fərqli şəkildə baş verməsinin səbəbləri araşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.