DÜNYA


“Yerevan Today”: Paşinyan nüfuzdan düşüb

Bakı, 24 avqust, AZƏRTAC

“Yerevan Today” xəbər portalı paytaxt küçələrində əhali arasında keçirdiyi sorğudan sonra “Paşinyan xalq arasında nüfuzdan düşüb” adlı yazı dərc edib. Yerevan sakinləri sorğuda bildiriblər ki, son 1 ildə Ermənistanda yaşamaq dözülməz olub.

AZƏRTAC xəbər verir ki, sorğuda iştirak edənlərin 75 faizi yeni hökumətə inanmadığını bildirib.

Ermənistanın Vatikandakı keçmiş səfiri, Serj Sarkisyanın kürəkəni Mikayıl Minasyan vətəndaşları Paşinyan əleyhinə üsyana qalxmağa çağırıb. Hazırda xaricdə yaşayan Mikayıl Minasyan yeni hökuməti səriştəsizlikdə ittiham edib. Onun sözlərinə görə, Paşinyan hakimiyyətə əvvəlki hökumət üzvlərindən qisas almaq məqsədilə gəlib. Paşinyan Robert Koçaryanı həbs etdirib. Yaxın günlərdə isə keçmiş müdafiə naziri Seyran Ohanyanın və başqa generalların həbs tapşırığını verəcək.

Xatırladaq ki, Mikayıl Minasyanın özünü də həbs gözləyir. Onun adı korrupsiyada hallanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.