DÜNYA


Yerevanda Nikol Paşinyana qarşı etiraz aksiyaları başlayıb

Bakı, 17 may, AZƏRTAC

Ermənistanda “Sasna Srer” qruplaşmasının tərəfdarları Baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyalarına başlayıblar.

AZƏRTAC Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, Arşakunyas prospektini bağlayan etirazçılar qrupun lideri Jirayr Səfilyanın və üzvlərinin həbsdən azad olunmasını tələb edirlər.

Xatırladaq ki, Baş nazir Nikol Paşinyan Serj Sarkisyanın prezidentliyi dövründə həbs olunan qrup üzvlərinin azadlığa buraxılması məsələsinə soyuq münasibət bildirib. O, hətta qeyd edib ki, kimsə bunu ondan gözləyirsə, yanılır.

Paşinyanın bu açıqlamasından sonra “Sasna Srer”in tərəfdarları İrəvan məhkəməsinin binasını mühasirəyə alaraq yolları bağlayıblar.

Aksiyaya rəhbərlik edən Pavel Yeqiazaryan bəyan edib ki, məhkəmə müsbət qərar çıxarana qədər binanın mühasirəsini davam etdirəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.