DÜNYA


Yerevanda Paşinyanın tərəfdarları məhkəmə binalarını blokadaya alıb

Bakı, 20 may, AZƏRTAC

Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları paytaxtda yerləşən məhkəmə binalarının girişini və çıxışını bağlayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, fəallar yağışlı havaya baxmayaraq, Baqramyan prospektində yerləşən Konstitusiya məhkəməsinin və mayın 18-də ölkənin sabiq prezidenti Robert Koçaryanı azadlığa buraxmaq barədə qərar qəbul edən ümumi yurisdiksiya məhkəməsinin binalarını blokadaya alıb.

Mayın 19-da Ermənistanın baş naziri Nikol Paşinyan ölkə vətəndaşlarını respublikada yerləşən məhkəmə binalarını blokadaya almağa çağırıb. Nazirlər Kabinetinin başçısı ümumi yurisdiksiya məhkəməsinin sabiq prezident Robert Koçaryanın həbsdən azad edilməsi barədə qərarını şərh edərkən ölkədə inqilabın “ikinci və ən əsas mərhələsinin yetişdiyini” bildirib.

Nikol Paşinyan bu gün səhər saatlarında Yerevanın mərkəzindəki ümumi yurisdiksiya məhkəməsinin binasını blokadaya alan tərəfdarlarını ziyarət edib. Jurnalistlərin suallarına cavab verməyən siyasətçi sadəcə xalqla görüşə gəldiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.