DÜNYA


Yerevanda keçirilən aksiya zamanı polislə qarşıdurma olub, saxlanılanlar var

Tbilisi, 12 fevral, AZƏRTAC

Ermənistan paytaxtında növbəti etiraz aksiyası keçirilib.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, “Vətənin qurtuluşu hərəkatının” lideri Vazgen Manukyanın təşəbbüsü ilə təşkil olunan aksiya zamanı polislə qarşıdurma yaranıb.

Vazgen Manukyan baş nazir Nikol Paşinyanın istefası ilə bağlı fevralın 20-də daha böyük mitinqin keçiriləcəyini bəyan edib. O deyib ki, Paşinyanın partiyası yayda növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı məlumat yayıb. “Lakin bu bizim üçün əsas deyil və biz mübarizəmizi sonadək davam etdirəcəyik”, – deyə Manukyan vurğulayıb.

Onun çıxışından sonra mitinq iştirakçıları bir sıra şüarlar səsləndiriblər. Polisin intizam çağırışına etiraz edən bir qrup hüquq-mühafizə orqan əməkdaşlarına hücum edib.

Polislə qarşıdurma yaranıb və 20-yə yaxın aksiya iştirakçısı saxlanılıb.

Bildirilib ki, fevralın 20-də daha böyük və izdihamlı mitinq keçiriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.