DÜNYA


Yerevanda sahibkarlar hökumət binası qarşısında aksiya keçiriblər

Bakı, 7 dekabr, AZƏRTAC

Yerevanda bir qrup kiçik və orta sahibkarlıqla məşğul olan şəxs hökumət binası qarşısında aksiya keçirib.

AZƏRTAC erməni KİV-lərinə istinadla xəbər verir ki, etirazçılar baş nazir səlahiyyətlərinin icraçısı Nikol Paşinyanla görüşməyə cəhd etsələr də buna nail ola bilməyiblər. Onların sözlərinə görə 7 ay əvvəl Ermənistanda baş verən “məxməri inqilab”ın iştirakçısı olublar. Həmin vaxt Paşinyanı dəstəkləyiblər. Ümid ediblər ki, inqilabdan sonra köhnə sistem dəyişəcək. Amma bunun əksi baş verib. Əgər ilin əvvəlində işlətdikləri mağazalara görə 500 dram icarə haqqı ödəyirdilərsə, indi onlardan 2000 dram tələb olunur.

Ermənilər ölkə xaricində də ağır şərtlər altında yaşayırlar. Bunu isə Almaniyanın nüfuzlu “Deutschlandfunk” ictimai radiosu deyir. Radionun internet səhifəsinin xəbərlər bölməsində müəllifi Kristof Kerstinq “Xaricdə ağır işlər” başlıqlı məqaləsində bildirir ki, ailə başçılarının əksəriyyəti Ermənistanda işləmək ümidi ilə yaşayır. Ermənistandakı acınacaqlı sosial və iqtisadi vəziyyət Tumasyan ailəsinin nümunəsində şərh olunur. Məqalədə deyilir: “Tumasyanların iki azyaşlı uşağının olduğu, onların tələbatını ödəmək məqsədilə 10 ildir ki, xaricdə tikinti obyektlərində qeyri-qanuni olaraq çalışdıqları bildirilir. Onların Gümrü şəhərinin kənarında yerləşən 19-cu əsrdə inşa edilən birmərtəbəli evləri var”.

Müəllif ailəni ziyarət etməyə gələn yaxın qohumlarından öyrənib ki, Ermənistanda iş yoxdur və bu böyük problemdir. Ona görə də hər kəs ölkədən qaçmağa can atır. Jurnalist Tumasyan ailəsində olarkən xaricdə qeyri-qanuni işləyən ailə başçısı ilə internet vasitəsilə əlaqə yaradır və o, işi haqqında danışır.

Ermənistanda miqrasiya problemi “məxməri inqilab”dan sonra da həllini tapmayıb. Əksinə hökumət dəyişikliyindən 7 ay keçsə də, ölkəni 10 min 700-ə yaxın vətəndaş tərk edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.