DÜNYA


Yerevanın mərkəzində daha bir etiraz aksiyası keçirilir

Bakı, 14 mart, AZƏRTAC

Ermənistan paytaxtının mərkəzində daha bir etiraz aksiyası keçirilir. Bu dəfə Paşinyan hökumətinin həyata keçirdiyi “islahatların” qurbanları valyutadəyişmə məntəqələrinin və lombardların işçiləri olublar.

AZƏRTAC erməni KİV-nə istinadla xəbər verir ki, Ermənistan Mərkəzi Bankının hazırladığı və parlamentə təqdim etdiyi dövlət rüsumları haqqında yeni qanun layihəsinə görə, valyutadəyişmə məntəqələrinin və lombardların ödəyəcəyi rüsumlar 60 dəfə artırılır. Belə ki, hazırda 50 min dram ödəyən valyutadəyişmə məntəqəsi gələcəkdə 3 milyon dram ödəyəcək.

Ermənistan ombudsmanı Arman Tatoyan meydana gələrək etiraz aksiyasının iştirakçıları ilə görüşüb və onların ərizələrini qəbul edib.

Martın 14-də ticarət obyektləri sökülən sahibkarlar və işçilər də etiraz aksiyası keçiriblər. Hər iki aksiyanın iştirakçıları hökumətin əhalini işsizliyə sürüklədiyini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.