MƏDƏNİYYƏT


Yerlərdəki mədəniyyət müəssisələrində fəaliyyətin günün tələbləri səviyyəsində qurulması prioritet məsələdir

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Beyləqana səfəri çərçivəsində iyunun 16-da rayon mədəniyyət mərkəzində mədəniyyət işçiləri ilə görüş keçirib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayonlarında fəaliyyət göstərən mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, onların həlli yolları ilə bağlı təkliflər dinlənilib.

Bölgələrdə mədəniyyət işçiləri arasında peşəkarlıq səviyyəsinin və təşəbbüskarlığın artırılmasının vacibliyini qeyd edən Anar Kərimov nazirlik sistemində idarəçiliyin təkmilləşdirilməsi kontekstində mədəniyyət müəssisələrinin fəaliyyətinin günün tələbləri səviyyəsində qurulmasının prioritet məsələ olduğunu diqqətə çatdırıb.

Nazir çıxışının sonunda problemlərin aradan qaldırılması, müəssisələrin daha səmərəli fəaliyyətinin təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, bölgələrə səfər və bu kimi görüşlərin əsas məqsədi regionlarda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud potensialı, imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaq və həmin şəxsləri nazirlik tərəfindən aparılan islahatlara birbaşa cəlb edərək mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə verməkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.