Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“Yerli özünüidarəetmədə gender bərabərliyi siyasəti” mövzusunda onlayn videokonfrans keçirilib

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 1-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) birgə təşəbbüsü ilə “Yerli özünüidarəetmədə gender bərabərliyi siyasəti” mövzusunda onlayn videokonfrans keçirilib.

Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova açaraq bu istiqamətdə mütəmadi olaraq keçirilən təlimlər haqqında danışıb və bu tədbirlərin əhəmiyyətini qeyd edib.

Komitə sədri bildirib ki, ölkəmizdə gender bərabərliyinin təmin olunması üçün zəruri hüquqi baza mövcuddur və bu, birinci növbədə ali sənəd olan Konstitusiyada öz əksini tapıb. Bundan əlavə, Azərbaycanın tərəfdar çıxdığı və qoşulduğu beynəlxalq sənəd və konvensiyalar da bu sahədə yaradılan hüquqi bazanın əsasını təşkil edir. Ölkəmizdə qadın problemləri daim dövlət qayğısındadır və gender proqramları ardıcıl surətdə həyata keçirilməkdədir. Qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində atılan addımlar, qəbul edilən dövlət proqramları, milli fəaliyyət planlarının icrası öz səmərəli nəticəsini verməkdədir.

B.Muradova çıxışında bildirib ki, görülən genişmiqyaslı və çoxşaxəli işlərin nəticəsidir ki, bu gün Azərbaycan qadınları qərar qəbuletmə və idarəetmədə mühüm yerləri tuturlar. Bütün sahələrdə gender bərabərliyi komponentinin təmin edilməsi məsələsi yerli özünüidarəetmə orqanlarında da nəzərə alınıb. 2019-cu ildə keçirilən son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilən qadınların say nisbətinin 39 faizə çatması bu istiqamətdə xeyli yüksəlişin əldə olunduğunu bir daha təsdiq etdi. Komitə sədri bildirib ki, bələdiyyə üzvləri yerli özünüidarəetmə orqanlarının nümayəndələri kimi əhali ilə daha sıx təmasda olduğu üçün əhalinin bütün təbəqələrini, xüsusən də həssas qrupdan olan insanları, gənc ailələri daha yaxından tanımaq və yerlərdə mövcud problemləri müəyyən etməyə malik şəxslərdir, bu səbəbdən də onların gender bərabərliyi, qadın və uşaq hüquqları istiqamətində maarifləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Bələdiyyələr öz fəaliyyətlərini əhalinin maraqlarının və ehtiyaclarının təmin edilməsi, onların fikir və mövqelərinin nəzərə alınması istiqamətində qurmalıdırlar. Bu baxımdan da yerli özünüidarəetmə orqanlarında gender komissiyalarının yaxud gender üzrə məsul şəxslərin müəyyən edilməsi mühüm məsələdir və öz müsbət töhfəsini verəcək.

“Gender bərabərliyi hədəfləri son illər milli inkişaf siyasətində və iqtisadi strategiyalarda ifadə edilib”, - deyən Komitə sədri qeyd edib ki, bərabərlik prinsipini rəhbər tutaraq, bərabər imkanlar siyasətinin yaxşılaşdırılması üçün institusional mexanizmlərin qurulmasına zərurət yaranıb. Bu mexanizmlərdən biri kimi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə bütün dövlət orqanlarına gender məsələləri üzrə məsul şəxslər təyin edilib. Komitə qeyd olunan institusional vahidlərin fəaliyyət təcrübəsinin gücləndirilməsi istiqamətində mütəmadi səylər göstərməkdədir. B. Muradova Komitə, GİZ və BDU-nun birgə nəşri olan “Bələdiyyələrdə Gender Bərabərliyi siyasətini həyata keçirmək üçün praktiki tövsiyələr” adlı çap materialının əhəmiyyətindən də bəhs edərək, bələdçinin bələdiyyə orqanlarının nümayəndələrinin fəaliyyəti üçün səmərəli olacağına əminliyini ifadə edib.

Daha sonra Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək, bildirib ki, bu gün Azərbaycanda demokratik proseslər fonunda bütün sahələrdə olduğu kimi yerli idarəetmə, yerli qərarların qəbuletmə prosesində qadınların fəaliyyətləri diqqəti cəlb etməkdədir. Müasir dövrdə bələdiyyələrin timsalında ölkənin inkişaf və tərəqqisi üçün vətəndaş fəallığının yeni təzahürləri özünü göstərməkdədir. H.Hüseynova yerli özünüidarəetmə sahəsində dünya təcrübəsinə də diqqət çəkərək bildirib ki, bir sıra Avropa ölkələrində (Almaniyada, Avstriyada) bələdiyyələrdə gender bərabərliyinin təmin olunması və məişət zorakılığının qarşısının alınması üçün xüsusi komissiyalar yaradılıb. Onlar davamlı olaraq maarifləndirmə və profilaktiki işlər aparırlar.

O bildirib ki, xüsusi məqamlardan biri də bələdiyyələrin fəaliyyətində qadınların özlərini təsdiq etməsidir. Bəzən qadınlar yerli idarəetmə orqanlarına seçilsələr də, bilik və təcrübələrinin az olması onlara fəaliyyət göstərməkdə çətinlik yaradır. Qadınlarımızın imkan və bacarıqlarının reallaşdırılması, keyfiyyətli fəaliyyət göstərməsi vacibdir. Elə dövlətin əsas məqsədi də onların cəmiyyətin həyatında daha aktiv iştirak etməsinə nail olmaqdır.

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov çıxışında son seçkilərdə əldə edilən uğurlu nəticələri diqqətə çatdırıb. O, ötən ilki seçkilərdə qadınların sayının artması ilə bərabər, onların 90 faizinin ali təhsilli olmasını da xüsusilə qeyd edərək, bildirib ki, bu, qadınların gələcək fəaliyyətlərində özünü müsbət şəkildə büruzə verəcək. S.Novruzov diqqətə çatdırıb ki, yerli özünüidarəetmə orqanlarının fəaliyyətin təkmilləşdirilməsi, onların işlərinin qanunvericiliyin tələblərinə uyğunluğunun təmin edilməsi, seçilənlərin arasında gender bərabərliyi məsələsinə xüsusi diqqətin yetirilməsi istiqamətində çox vacib işlər görülməkdədir. Həyata keçirilən əhəmiyyətli tədbirlərin nəticəsidir ki, bələdiyyələr bu gün daha səmərəli fəaliyyət göstərirlər və bu fəaliyyətdə qadınların da aktivliyi müşahidə olunur.

“Cənubi Qafqazda Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” Proqramının (GİZ) əməkdaşı Fidan Qasımova çıxışında Komitə ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən uğurlu layihələr haqqında danışıb və birgə görülən işlərdə Komitəyə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirərək, bu əməkdaşlığın davamlı olmasının vacibliyini qeyd edib. Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Tofiq Həsənov yerli özünüidarəetmə sahəsində mövcud qanunvericilik bazası haqqında danışaraq, bələdiyyələrin səlahiyyətləri və bu sahə üzrə statistik rəqəmləri diqqətə çatdırıb. Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova icra hakimiyyətlərində yaradılan Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının fəaliyyətini qeyd edib və bildirib ki, yerlərdə fəaliyyətin gücləndirilməsi istiqamətində icra hakimiyyətləri və bələdiyyələrin birgə əməkdaşlığı vacibdir. Bakı Dövlət Universitetinin Gender və Tətbiqi Psixologiya kafedrasının müəllimi, “Bələdiyyələrdə Gender Bərabərliyi siyasətini həyata keçirmək üçün praktiki tövsiyələr” çap materialının müəlliflərindən biri Nigar Səfərova çıxış edərək, bələdiyyə orqanlarının nümayəndələri üçün nəzərdə tutulan kitabçanın məqsədi və əhəmiyyəti, eyni zamanda, bələdiyyələrdə gender komissiyalarının yaradılması haqqında danışıb.

Daha sonra konfrans müzakirələrlə davam edib. Müzakirələrdə iştirak edən Qobustan, Naftalan, Füzuli, Zərdab, Bərdə, Balakən, Tovuz və digər rayonlar üzrə məsul şəxslər mövzu ətrafında sual və təkliflərini səsləndiriblər.

Qeyd edək ki, ümumrespublika üzrə yerli özünüidarəetmə orqanlarını əhatə edən konfransda 68 icra hakimiyyəti başçısının müavini və 41 bələdiyyə sədri iştirak edib. Konfransın nəticəsi kimi cari il ərzində müvafiq mövzuda bələdiyyə nümayəndələri üçün təlimlərin keçirilməsi nəzərdə tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib

Xankəndidə silah-sursat aşkarlanıb

Axtarışda olan 80 nəfər saxlanılıb

Göyçayda vətəndaşlardan avtomat və tüfənglər götürülüb

Salyanda minik avtomobilləri toqquşub, yaralılar var

Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıb

Azərbaycanla KAICIID-in gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Zərdabda sənədsiz silahlar aşkar edilib

Avropanın ən təhsilli xalqları Şimal zonasında yaşayır

Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib

ABŞ İsrailin İrana hücumu barədə məlumatlandırılıb

Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Kürdə batan atanın meyiti tapılıb, 6 yaşlı qızı hələ də axtarılır VİDEO

Mali frankdan imtina etmək istəyir

Dubay aeroportu fəaliyyətini qismən bərpa edib

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-da BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb